Sizin link burada

Tanınmış müğənnimiz xanımını və övladlarını GİZLƏDİR

“Ailəmi mətbuatdan gizlədirəm”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı Aslan Hüseynov deyib. O bildirib ki, ailəsini efirdə göstərən həmkarlarını anlaya bilmir:

 

“Ailəmi mediadan kənar tuturam. Bu ən gözəl yoldur. Jurnalistlərdə günah yoxdur. Günah müğənninin özündədir. Niyə? Çünki efirə çıxır, yoldaşını da verilişə çıxarır. Yoldaşı da efirdə müğənni kimi danışır. Jurnalist də baxır ki, müğənnidən yazmaq yerinə elə ondan yazsın. Ailəsi ilə dincəlməyə gedirlər, onu da reklam edirlər. Guya heç kim dincəlməyə getmir. Bizim dəyərli sənətkarımız Zeynəb Xanlarovanın ailəsindən xəbəriniz var? Yox. Çünki o belə şeyləri sevmir. Söz var ki, başı ilə ağzı dostluq etməyənlə dost olma. Ağızdan istənilən sözü çıxarır, sonra da geridə qalan bütün orqanları əziyyət çəkir. Sözü fikirləş, daha sonra de. Mənim ailəm, uşaqlarım mahnı oxumaq niyyətində deyillər. Mən xoşbəxt adamam ki, onlar efirə can atmırlar. Onlara xüsusi olaraq qadağa qoymuşam. İstəmirəm”.

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>