Sizin link burada

Almaz Ələsgərli qızlarını döyməsindən danışdı: "Sillə vurdum..." - VİDEO

Əməkdar artist Almaz Ələsgərli qızları barədə geniş açıqlama verib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, övladları barədə neqativ fikirlər söyləyən insanlara heç bir zaman cavab vermir: “Hamının övladı var. Balalarımız bizim ən yaralı yerimizdir. Kim ki, uşaqlara söz atır, pis nələrsə deyir, o insan deyil. Bütün valideynlər istəyir ki, övladının qarşısında gözü kölgəli olmasın. Qızlarım barəsində pis danışanlara fikir vermirəm. Bir qızım həkimdir, İsveçrədə işləyir. Artıq oranın vətəndaşıdır. Elə 2-ci qızımın da niyyəti ora getməkdir. Orada oxuyacaq".

 

 

 

A.Ələsgərli bir müddət əvvəl qızları barədə söylədiyi “onları döymüşəm” demişdi. Müğənni bu sözlərinə də aydınlıq gətirib: “Əlbəttə ki, uşağa balaca vaxtı arada-bir sillə vurulmalıdır. Kim deyə bilər ki, uşağını vurmayıb. Belə bir deyim də var ki, qızını balaca vaxtından döyməsən, sonra dizinə döyərsən. Demirəm ki, uşağı hər gün döy, əzişdir. Mən elə etməmişəm. Övladlarım mənim bir baxışımdan hər şeyi anlayırlar. Elə bilirsiniz ki, sadəcə onların üzünə gülürəm? Evdə sözü bir dəfə deyərəm. Onlara da demişəm ki, 1 sözü 2-ci dəfə təkrar etməyəcəyəm. Bu cür etməsəydim, indi onlar mənə hörmətlə yanaşmazdılar. İndi rahatam. Çünki qızım insanlar içinə çıxır və nə danışacağını da bilir. Mən övladlarıma çox güvənirəm. Çünki vaxtında onlara hər şeyi verə bilmişəm”.

 

 

 

Qeyd edək ki, A.Ələgərlinin iki övladı var. Onun böyük qızı Mədinə İsveçrədə yaşayır, kiçik qızı isə Bakıda.

 

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>