Sizin link burada

“Qızıl ayaq” mükafatının sahibi bəlli oldu

“Portu”nun qapıçısı İker Kasilyas “Qızıl ayaq” mükafatına layiq görülüb.

 

Apasport.az saytının məlumatına görə, sözügedən mükafat yaşı 28-i keçmiş uğurlu karyeraya malik futbolçulara verilir.

 

36 yaşlı qapıçı digər namizədlər – Kristiano Ronaldo, Lionel Messi, Tyaqo Silva, Andrea Pirlo, Manuel Noyer, Serxio Ramos, Aryen Robben, Luis Suarez və Yaya Tureni qabaqlayıb.

 

“Real”ın keçmiş qapıçısı mükafatını Monakoda təşkil olunmuş mərasimdə alıb. O, bu uğura sahib olan Andreas İnyestadan sonra ikinci ispan, Canluici Buffondan sonra isə ikinci qapıçı olub.

LENT

17 İyul 2018

Digər xəbərlər >>>