Sizin link burada

"Aygün Kazımova uzaq məsafələrə gedə bilməyəcək" - HƏKİMİ DANIŞDI

Xalq artisti Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan "DAF BAMA MUSİC AWARDS"da iştirak edə bilməyəcək. Lent.az-ın məlumatına görə, buna səbəb xalq artistinin keçirdiyi estetik əməliyyatlardır. 

 

Xalq artistinin həkimi bildirib ki, Aygün Kazımovaya bir sıra qadağalar qoyub: "O, hələ bir müddət  uzaq məsafələrə gedə bilməyəcək. Aygün xanım 2 həftə əvvəl keçirdiyi müxtəlif bədən şəkilləndirilməsi əməliyyatlarından sonra özünü  əməliyyatdan sonrakı dövrə uyğun əla hiss edir. Əməliyyat sahələri birincili sağalıb. Lakin buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq, hələ bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır. Belə ki, hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqlərinin etməsi, avtomobil idarəsi etməsi qadağan olunub. Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir. Bir Aygünümüz var, onu qorumalıyıq. Onsuz da gözəl olan Aygün xanım öz gözəlliyinə yenə gözəllik əlavə edib". 

 

Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçiriləm "DAF BAMA MUSİC AWARDS"da iştirak edib və "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Bu il də beynəlxalq tədbir Azərbaycandan məhz Aygün Kazımovanı öz mükafatlarına namizəd görüb.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>