Sizin link burada

Boşanan azərbaycanlı məşhur: "Oğlum atasını görmək istəmir"

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva eks-əri Tolqa Karel barəsində danışıb. Lent.az-ın məlumatına görə, model Antalyada qatıldığı dəfilədən sonra jurnalistlərin suallarını cavablandırıb və keçmiş həyat yoldaşı barəsində ittihamlar səsləndirib: “Tolqa ayda 500 lirəlik alimenti verə bilmir. Oğlunu heç axtarmır. Çox çətin günlər keçirdim. Bunların günahkarı odur. Oğlum artıq atasını görmək istəmir”. 

 

Qeyd edək ki, Karel bir müddət əvvəl mediaya açıqlamasında “Oğlumun anası haqqımda pis danışıb.  Onu Allaha tapşırıram. Mənə Cahangiri göstərmir” demişdi. 

 

 

Xatırladaq ki, cütlük 2011-ci ildə evlənib, 4 il sonra boşanıblar.  

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>