Sizin link burada

Azərbaycan şahmatçıları Avropa çempionu oldu

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatının qalibi olub.

 

APA-nın xəbərinə görə, sonuncu - doqquzuncu turunda Azərbaycan və Ukrayna yığmaları arasında oyun 2:2 hesabı ilə başa çatıb.  

 

Beləliklə şahmatçılarımız turniri 14 xalla başa vurublar.

 

Qeyd edək ki, Rusiya da Almaniyanı məğlub edərək, xallarını 14 xal qazanıb.

 

Beləliklə, əlavə əmsalların cəminə görə yekunda Azərbaycan yığması turnir cədvəlində birinci  yeri tutub. İkinci yerdə Rusiya yığması, üçüncü pillədə isə Ukrayna komandası qərarlaşıb.  

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>