Sizin link burada

Neftin qiyməti 64 dolları ötdü

 

 

Dünya birjalarında neft ucuzlaşır.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 57,34 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,11% artaraq 64,20 dollar olub.

 

Beləliklə, neftin qiyməti 2015-ci ildən etibarən ən yüksək həddə çatdıqdan sonra cüzi neqativ dinamika nümayiş etdirir. Ötən gün Brent markalı neftin qiyməti 2015-ci ilin yayından etibarən ilk dəfə 64 dollar, WTI markalı neft isə 57 dollar həddini aşıb. Treyderlər neftin kəskin bahalaşmasını Səudiyyə Ərəbistanında kral ailəsinin bəzi üzvlərinin həbs olunması ilə əlaqələndirir.

 

"ASR Wealth Advisers" şirkətinin analitiki Şeyn Çenel (Shane Chanel) "Reuters" agentliyinə açıqlamasında bildirib ki, ilin sonunadək WTI markalı neftin qiyməti 60 dolları, Brent markalı neftin qiyməti isə 70 dolları ötəcək.
 

Hazırda neftin cüzi ucuzlaşması korreksiya ilə bağlıdır.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>