Sizin link burada

Ronaldo Raulu geridə qoydu

“Real”ın hücumçusu Kriştianu Ronaldo yeni rekord müəyyənləşdirib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, bu dəfə qola yox, məhsuldar ötürməyə görə fərqlənib.

 

Belə ki, portuqaliyalı superulduz La Liqanın XI turunda “Las Palmas”la (3:0) qarşılaşmada bir qol ötürməsi ilə yadda qalıb. “Real”ın heyətində La Liqada 84-cü qol ötürməsini verən Ronaldo bu baxımdan son 25 ilin ən yaxşısı olub. Buna qədər son 25 ildə “kral klubu”nda ən çox məhsuldar ötürmə verən əfsanəvi kapitanı Raul Qonzales (83) olub.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>