Sizin link burada

Taekvondoçularımız qitə birinciliyində “qızıl” və “bürünc” qazandı

Avropa Taekvondo Birliyinin təşkilatçılığı ilə təşkil olunan gənclər arasında Avropa birinciliyi başa çatıb.

 

Apasport.az saytının məlumatına görə, sayca 21-ci olan və 700-dən çox idmançının iştirak etdiyi yarışda gənclərdən ibarət milli komandamız uğurlu çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıb.

 

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrindən Bəhruz Quluzadə (45 kq) “qızıl”, Cavad Ağayev (63 kq) isə “bürünc” əldə edib.

 

Qeyd edək ki, dörd gün ərzində (2-5 noyabr) davam edən Avropa birinciliyi Kipr respublikasının Larnaka şəhərində, “Kision Athletic Center” arenasında keçirilib.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>