Sizin link burada

"Samir qanun qarşısında cavab verəcək" - QALMAQAL BÖYÜYÜR

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı daha da böyüyüb. 

Lent.az-ın məlumatına görə, sənətçi şoumenin ona şikayətini geri götürməsi üçün pul təklif etdiyini iddia edib. Kamran Samirə deyib ki, 35 min verim ərizəni geri götür.

K.Həsənlinin vəkili Türkəl Süleymanlı axşam.az-a açıqlamasında qarşı tərəfin iddiasını yalanlayıb:

"Guya Kamran tərəfindən onlara 35 min təklif edilib. Kamran Həsənli tərəfindən Samir Piriyevə və ya onun vəkilinə heç bir pul təklif olunmayıb ki, cinayət işini geri çəksin. Samir Piriyevin saxta ərizəsi əsasında müvafiq orqanlara müraciət edilib. Əvəllər Kamran Samirə nəsə edibsə, yazığı gəldiyi üçün verib. Bundan sonra ona 35 qəpik belə vermək niyyəti yoxdur. Bu da Samir Piriyevin yeni yalanıdır. Şantaj yolu ilə pul əldə etməyə çalışırlar. Əvvəldə Samir Kamrana demişdi ki, evini keçirt adıma, səndən şikayət etməyib. Həmin gündən Kamran onun niyyətini başa düşüb. 

Onlar tərəfindən kimə nə qədər pul verdikləri, işin yolunda getməməsi və narazı olmaları haqda məlumatımız var. Ən yaxın zamanda bəyanat yayaraq Samir Piriyevin hansı cinayətlərə əl atdığını aşkarlayacağıq. Hətta Samir bu işə görə gedib kimin toyunda pulsuz oxuyub onu da deyəcəyik.

Samir Piriyev yalançı ərizəsində yazıb ki, Türkiyədə obyekt yox idi. Niyə yalan ərizə yazırsınız? Kamran heç bir yerdə deməyib ki, məsələ həll olundu. Onlar növbəti şər atmaq işinə keçiblər. Əsası olmayan sözlərə görə qanun qarşısında cavad verəcəklər".

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. E.Məmmədoğlu isə polisə ifadə verərək K.Həsənlinin günahsız olduğunu bildirib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>