Sizin link burada

Kamran Ağayev yenə qovuldu

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında XIII turun oyununu keçirib.

 

Lent.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, səfərdə “Ostrava” ilə qarşılaşan komanda 1:0 hesabı ilə qalib gəlib.

 

Start heyətində yer alan Ağayev üçün oyun uğursuz alınıb. Belə ki, qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran bundan 2 dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub. O, bundan öncə legioner həyatı yaşadığı Portuqaliyanın "Boavtişa" klubunda da qırmızı vərəqə almışdı.

 

Ağayevin komandası 13 oyundan sonra 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>