Sizin link burada

Meyxanaçı Samirə: "Toylarda Oqtayla +18 meyxanalar deyirik"

"Oqtaydan küsən onun tayı olmalıdır”. Lent.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Samirə Yusifqızı “Günə davam” verilişində deyib. O bildirib ki, duet ortağı, meyxanaçı Oqtayla aralarında tez-tez anlaşılmazlıqlar olur: “Yaxşı adamdır, amma inkişaf etməmiş yerləri var hərdən üzə vurur. Mənim olmadığım məclislərdə haqqımda elə sözlər işlədib ki... Bəzən mənə göndəriblər, özünə atmışam ki, utanmırsan? Sevir hər yerdə özünü birinci göstərsin. 

Oqtayla toylarda elə meyxanalar demişik ki, onları sosial şəbəkəyə versək, Azərbaycanda dəhşətli qalamqal olar. Hamısı +18... Bəzən toyda telefonla çəkmək istəyiblər icazə verməmişik. Elə deyişmə olanda xəbərdarlıq edirik ki, çəkilməsin. Bir-birimizi yuyub sərmişik. 

Oqtay çox məsuliyyətsiz adamdır. Dəfələrlə məni toylardan, tədbirlərdən edib. Söz verib gəlməyib. Ona görə üzümə nələr deyib, məni təhqir ediblər". 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>