Sizin link burada

Məleykə Əsədova: "Qızım nazir olmaq istəyir" - VİDEO

Xalq artisti Məleykə Əsədova qızı Gülərdən danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan aktrisa bildirib ki, övladının dərsləri ilə yaxından maraqlanır: “Hər zaman deyirəm ki, peşəndən aslı olmayaraq övladına daim vaxt ayırmalısan. Çünki övlad valideyndən var-dövlət istəmir, bolluca sevgi istəyir. Ona görə də bir çox çəkilişlərdən imtina edirəm. Qız övladı böyüdürəm. Diqqətim onun üzərində olmalıdır. Dərslərini ingilis dilində oxuyur, bütün diqqətim onunladır. Məktəbdə iclaslarına gedirəm. Qızım dərslərini çox yaxşı oxuyur.

 

M.Əsədova bildirib ki, qızı nazir olmaq niyyətindədir: “Qızım mənim peşəmi davam etdirmək istəmir. Bu yaxınlarda qızımdan soruşdular ki, nə olmaq istəyirsən? O da dedi ki, nazir olmaq istəyirəm. Ən aşağısı millət vəkili olmaq fikrim var. Mən xoşlayıram ki, daim uşaqlar yüksək yerləri özlərinə hədəf olaraq seçsinlər. Özünə də demişəm ki, yüksək vəzifə istəyirsənsə, yaxşı oxumalısan”.   

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>