Sizin link burada

Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentləri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentləri Yasmin Datviç, Amany Asfour və təşkilatın bir sıra dünya bölgələri üzrə rəhbərləri görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Q.Paşayeva onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib.

 

Millət vəkili xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentləri Yasmin Datviç, Amany Asfour və təşkilatın bir sıra dünya bölgələri üzrə rəhbərlərinə məlumatlar verib, fikir mübadiləsi aparılıb. O, bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili onları Azərbaycana dəvət edib və sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>