Sizin link burada

Röya ilə Faiqin qalmaqallı mövzusuna Samir də cavab verdi - VİDEO

Azərbaycanlı müğənni Samir Piriyev Azərbaycan və Türkiyə şou-biznesini müqayisə edib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, Türkiyə şou-biznesində tanınmaq Azərbaycandakından daha asandır: “Türkiyə ilə bizim əhali sayı arasında fərq var. Ordan əhali daha çoxdur. Türkiyənin şou-biznesində baş çıxarmaq asandır. Bizimkində isə çətin. Bizdə konsertlərdən böyük məbləğlərdə pullar qazanılmasa da, az miqdarda gəlir əldə edənlər var. Amma necə? Əgər həmin müğənninin pərəstişkarı varsa, qazana bilir. Məsələn mən konsert verirəmsə, yalnız məni sevənlər ora gələcək. Bu günkü gündə göstərici nədir?  Mahnı. İlk öncə yaxşı mahnıların olmalıdır".

 

Qeyd edək ki, Ə.Şükürov bir müddət öncə Lent.az-a müsahibəsində Azərbaycanda “Konsertdən qazanan müğənni yoxdur, bunu kim deyirsə, bilin ki, yalan deyir” sözlərini işlətmişdi. Məhz bu mövzuya xalq artisti Faiq Ağayev münasibət bildirərək, “Azərbaycanda konsertdən qazanan 3 müğənnidən biri mənəm, digəri Alim Qasımov” sözlərini əlavə etmişdi. Xalq artistinin bu sözləri də əməkdar artist Röya Ayxanın ürəyincə olmamışdı. 

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>