Sizin link burada

Əlikram Bayramov özü yazdığı mahnıya KLİP çəkdirdi

Azərbaycanlı müğənni Əlikram Bayramov yeni “Yaraşıqlım” adlı mahnısını və klipini təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi özünə, aranjimanı Şakir Şükürova məxsus olan mahnının ekran həllini rejissor Natiq Novruzova həvalə edib: “Heç bir zaman yaradıcılıq işlərimə fasilə vermirəm. Demək olar ki, 2-3 aydan bir yeni klipi və mahnı təqdim edirəm. Biz müğənniyiksə, əsas işimiz bundan ibarətdir. Yeni təqdim etdiyim bu mahnının sözləri də musiqisi də mənə aiddir. Klipdə əziyyəti keçən bütün heyətə də xüsusi təşəkkürümü bildirirəm”. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>