Sizin link burada

Sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırıldı - FƏRMAN

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”  qanunda edilmiş dəyişikliyi təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, 1-ci maddədə “2 (iki) il müddətinə” sözləri “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilib.

 

Bundan başqa, 2.1-ci maddənin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>