Sizin link burada

Müsavat Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirdi

Bu gün Müsavat Partiyasının üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirib.

 

APA-nın xəbərinə görə, piketdə "Azadlıq" və digər şüarlar səsləndirilib.

 

Aksiya iştirakçıları partiyanın Bakının mərkəzində yürüş keçirmək üçün müraciətinə BŞİH-nin razılıq verməməsinə etiraz ediblər.

 

Aksiya dağılandan sonra partiya üzvləri Səxavət Soltanlı, Tofiq Yaqublu, Elman Fəttah, Mustafa Hacıbəyli, Əbülfəz Sadıqbəyli və Rəhim Yaqublu polis tərəfindən saxlanılıb.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>