Sizin link burada

® “FINOKO” bank olmayan kredit təşkilatı “Union Credit”-in 100% payını aldı

 

 “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC ilə “Union Kredit” Bank olmayan kredit təşkilatı MMC-nin payçıları arasında “Payların alqı-satqı” müqaviləsi bağlanaraq “Union Kredit” Bank olmayan kredit təşkilatının 100% paylarını almışdır. “FİNOKO”-dan verilən məlumata görə, hal-hazırda hər iki şirkət birləşərək, vahid “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti brend altında çıxış etməsi nəzərdə tutulur. Bu gün şirkətlərinin birləşməsi mövcud qanunvericiyə uyğun olaraq bütün zəruri hüquqi hazırlıq işləri aparılır. Bu sövdələşmə BOKT-lar arasında ilk dəfə aparılır və Azərbaycanın maliyyə bazarında yeni idarəetmə reallıqları başlanğıcını simvolizə edir.

“FİNOKO” təşkilatının strateji inkişaf planına uyğun olaraq regionlarda öz mövcudluğunun gücləndirilməsini planlaşdırır. Bu istiqamətdə ilkin addım  Azərbaycanın perspektivli şəhərlərindən biri olan Tovuzda yerləşən “Union Kredit” təşkilatına məxsus Tovuz şəhər filialı ilə baglıdır. Bu filial vasitəsilə “FİNOKO” yaxın zamanda  sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin maliyyələşdirilməsi istiqamətində şəbəkə əhatəsini genişləndirmək  arzusundadır.

“FİNOKO” Bank Olmayan Kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti 18 sentyabr 2014-cü ildə BKT-28 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Fəaliyyət dövrü ərzində “FINOKO” BOKT ASC Bakı şəhərində fəaliyyət göstərməsinə baxmayaraq, eyni zamanda Sumqayıt şəhərində, Abşeron rayonunda, o cümlədən bu şəhər və rayonların ətraf qəsəbələrində sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin  maliyyələşdirilməsi istiqamətində kreditlər vermişdir. Təşkilat kreditlərin verilməsində səmərəliliyin və davamlılığın təmin olunması üçün peşəkar və təcrübəli işçi heyəti, müasir standartlara cavab verən maddi texniki baza, müvafiq inzibati ofis ilə fəaliyyət göstərir. 30 sentyabr 2017-ci il tarixinə təşkilatın aktivləri 14 443 940 (On dörd milyon dörd yüz qırx üç min doqquz yüz qırx) manat, nizamnamə kapitalı 1 000 000 (bir milyon) manat, məcmu kapital isə 3 230 200  (Üç milyon iki yüz otuz min iki yüz) manat təşkil edir.

 Təkcə 2016-cı ildə sosial müdafiə ayırmaları və vergi ödənişləri üzrə cəmi 323380 (üç yüz iyirmi üç min üç yüz səksən) manat vəsait Dövlət büdcəsinə ödənilmişdir. 

  “FİNOKO” BOKT ASC fəaliyyət müddəti ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu ilə müqavilə imzalayaraq, layihələrin icrasını uğurla davam etdirərək, müvəkkil kredit təşkilatı statusunu qazanmışdır.

Gələcəkdə sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin maliyyələşdirilməsi istiqamətində şəbəkə əhatəsini genişləndirmək məqsədilə Azərbaycanın digər şəhər və rayonlarında mövcud qanunvericiləyə uyğun olaraq “FİNOKO” BOKT ASC-nin filialların acılması nəzərdə tutulur.

“FINOKO” Bank olmayan kredit təşkilatı ASC

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>