Sizin link burada

"Münaqişələrin həlli üçün Rusiya ilə işləmək vacibdir" - ATƏT-in baş katibi

ATƏT baş katibi Tomas Qremingerlə Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Moskvada keçirilən görüşündə münaqişələrin həlli əsas müzakirə mövzularından olub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN başçısı Sergey LavrovATƏT baş katibi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, görüşdə Avropa məkanındakı münaqişələrin nizamlanması yolları ətrafında geniş müzakirələr aparıblar: "İlk növbədə, Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etdik. ATƏT missiyasının bu münaqişənin nizamlanmasında fəaliyyətini dəstəkləyirik".

 

Rusiya XİN başçısı ATƏT-in Dnestrayanı və Balkanlardakı münaqişələrin həllində daha aktiv işləməsini istədiklərini bildirib.

 

O, Qremingerlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə etdiklərini qeyd edib. S. Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə aktiv işlədiyini vurğulayıb.

 

Tomas Qreminger də görüşün əsas mövzularından birinin ATƏTməkanında mövcud münaqişələrin həlli olduğunu söyləyib: "ATƏT-də belə fikir var var ki, uzun müddətdir, davam edən bu münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır. Bunun üçün də Rusiya ilə işləmək vacibdir".

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>