Sizin link burada

Millət vəkili: "Nüfuzlu qadınlar körpə uşaqların qətlə yetirilməsinə biganə qalmasın"

 

 

Millət vəkili Qənirə Paşayeva Misir Milli Qadın Şurasının prezidenti, nazir Maya Morsi, Marianne Amir Azer və Misir qadın millət vəkilləri, Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının Misir üzrə rəhbəri Omnia Fahmy ilə görüşüb.

 

 

Lent.az-ın məlumatına görə, Q.Paşaeyva görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə Misirlə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Misirlə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub. Müzakirələr zamanı millət vəkili Misir Milli Qadın Şurasının prezidenti, nazir Maya Morsi, Marianne Amir Azer başda olmaqla Misir qadın millət vəkilləri, Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının Misir üzrə rəhbəri Omnia Fahmy və təşkilatın rəsmilərinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Q. Paşayeva görüş zamanı Misir nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>