Sizin link burada

İdxalı ƏDV-dən azad edilən xammal və materialların SİYAHIsı təsdiqləndi

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

 Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək, habelə Dövlət Gömrük Komitəsi bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.  

 

S/S

Kod

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları

     1.   

2601200000

Yandırılmış pirit

     2.   

2606000000

Alüminium filizləri və konsentratları

     3.   

2818200000

Alüminium oksidi, süni korunddan fərqli

     4.   

7203100000

Dəmir filizinin birbaşa reduksiya məhsulları

     5.   

7203900000

Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri

     6.  

7204491000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)

     7.   

7204499000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri

     8.   

8545110080

Sobalarda istifadə olunan elektrodlar – digərləri

    9.    

8545190001

Elektroliz qurğuları üçün elektrodlar

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>