Sizin link burada

Doğuşdan sonra 50 kiloqram arıqladı

9 ay əvvəl ana olan müğənni Canet Cekson yeni görünüşü ilə hər kəsi təəccübləndirib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni doğumdan sonra 50 kiloqram arıqlayıb.

 

Bir müddət əvvəl artıq çəkinin onu narahat etdiyini deyən 51 yaşlı müğənni istədiyi formaya düşdüyünü bildirib. O, qısa zamanda bu qədər çəki atmasının sirlərini izləyiciləri ilə də bölüşüb.

 

Sənətçi mütəmadi olaraq idmanla məşğul olduğunu və yalnız sağlam qida ilə qidalandığını söyləyib.

 

Qeyd edək ki, mərhum müğənni Maykl Ceksonun bacısı olan Canetin övladı ərəb milyarder Vissam əl-Mandandır. Övladları dünyaya gəldikdən qısa müddət sonra ayrılan cütlük dostluq münasibətlərini davam etdirir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>