Sizin link burada

Kamran Həsənlinin mətbuat konfransında Elariz Samirə qarşı çıxdı

Aparıcı Kamran Həsənli media nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, aparıcı müğənni Samir Piriyevlə aralarında bir ilə yaxındır ki, gedən məhkəmədən danışıb.
 
Kamran bildirib ki, bu müddət ərzində qarşı tərəf ona dəfələrlə şər atıb:
 
“İki ildir iş gedir. Artıq səbir kasamız dolub. Elə məqam gəldi ki, biz də danışmalı olduq. İki ildir mənə dələduz, pul atan deyirlər. İndi belə hala düşən insanların vəziyyətini başa düşürəm. Mənə 35 min dollar verib və sonra da gedib obyektə baxıb. Adam arvad alanda da baxır da. 80 mini verəndə də şərik olacağı obyektə baxdı. Obyekt yox idisə niyə pulu verirdi? Evimi, maşını itirmişəm. Mən gedib 300 min dollarımı kimdən alım? Onun izahatının təməli yalandır.
 
Bizim 8 şahidimiz var, amma müstəntiq buna önəm vermir. Samirin sürücüsü nə deyirsə, o doğrudur. 
 
Samirin dediklərindən təngə gələn türkiyəli iş adamı Ərhan Yılmaz bezib Bakıya gəldi. Samirlə üzləşdilər, əlində Quran gətirib. Nə deyirsən, Qurana and içir. Ərhan deyir ki, əlini Qurana qoy and iç ki, şərik olmamışıq. Samir də orada təsdiqlədi ki, şərik olublar. Ərhan  Bakıya gələndən sonra bütün işi üzərinə götürdü. Dedi ki, pul da mənə verilib, işi də mən etmişəm. Amma istintaq orqanı iki il əvvəl açdıqları işi bağlaya bilmir”.
 
Şoumenin vəkili Türkəl Süleymanlı hadisələrin baş verməsini belə izah edib:
 
“Kamran Həsənli 2008-ci ildə valideynlərinin səhhəti ilə bağlı Türkiyəyə gedir. Uzun müddət orada qalıb. Yaşadığı binada Ərhan Yılmaz adlı iş admı ilə tanış olur. Yanacaqdoldurma məntəqəsi olan Ərhan işbirliyi təklif edir. Məntəqə çox lüks bir məkanda yerləşir, arxasında apelsin, limon bağları da olub. Kamran Həsənli də razılaşır və Bakıda evini satıb bu işə yatırır. Kamranın bacısı Gülər Həsənli də buradakı işlərini atıb gedir Türkiyəyə. Kamran şou-biznesdəki dostlarına deyir ki, şərik olmaq istəyən gəlsin. Bunlar arasında Ədalət Şükürov, Nadir Qafarzadə, Elariz Məmmədoğlu yer alıb. Samir Piriyev öz istəyi ilə qoşulmağa razılaşıb və gedib obyektə baxıb. 250 min dollar ödəməli imiş və 110 min dollar ödəyib”.
 
Vəkil S.Piriyevin “Gedib gördüm ki, heç bir obyekt yoxdur” sözlərini yalan adlandırıb və pulun yatırıldığı məkanın fotolarını nümayiş etdirib:
 
“Obyektin işinin alınmadığını görən Samir deyib ki, pulu geri qaytar. Kamran da deyib ki, gözlə obyekt satılsın verilsin. Obyektin gəliri xərcini ödəmədiyi üçün satışa qoyulub. Ərhan Yılmaz Kamranın xahişi ilə Samirə 15 min dollar verib. Kamran deyib ki, Samir, illərdir qazandığım hər şeyi evimə verdim, onu da satdım. Sonra da avtomobili satışa qoyub, amma Samir gəlib həmin maşını istəyib və Kamran da verib.
 
Vəsatət qaldırdıq ki, cinayət işi ləğv olunsun. Amma hələ də davam edir. Samir başlayıb Kamranın səsini yazmağa. Kamran da təsdiqləyir ki, şərik olmaq üçün pul qoyub. Bu da guya bunların yaydığı səsdir. Kamran bu işi danmır. Samir yalandan xəbər yayır ki, obyekt yoxdur”.
 
Tədbirə qatılan müğənni Elariz Məmmədoğlu da ona şəriklik təklif edildiyini təsdiqləyib:
 
“Fikirləşdim ki, mən də bu biznesə qoşulum. Həmin vaxt evimi təzə almışdım. Düşündüm ki, satım. Müştərinin biri almaq istədi. Kamrana dedim ki, evi satıram mən də qoşulacam. Kamran dedi ki, satma, şirkət ziyana düşüb. Ona görə də işdən daşındım. Sağ olsun Kamran məni evsizlikdən xilas etdi. Samiri tanıdığım kimi, Kamranı da tanıyıram. Düzünü danışıram”.
 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>