Sizin link burada

Müştərilərə pul "atan" makler məhkəmə zalında həbs edildi

 

 

Dələduzluqda təqsirləndirilən Elman Tağıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elman Tağıyev barəsində seçilən polis nəzarətində qətimkan tədbiri ləğv edilib və 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, Elman Tağıyev torpaq alqı-satqısı ilə məşğul olub. Belə ki, o, zərərçəkənlərə torpaq vermək adı ilə 25 min manat pul alıb. Lakin verdiyi əməli yerinə yetirməyib. Zərərçəkən şəxslərin şikayəti üzrə Elman Tağıyev saxlanılıb. O, dəymiş zərərdən bir hissəsini qaytarıb. Lakin onun zərərçəkənlərə 8 min manat borcu qalıb. Məhkəmə dövründə də o pulu qaytara bilməyib.

 

 

Elman Tağıyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>