Sizin link burada

ABŞ Myanmara qarşı sanksiya hazırlayır

ABŞ hökuməti Arakan bölgəsində insan haqlarının pozulmasına görə Myanmara qarşı  sanksiya tətbiq edə bilər.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.

 

“ABŞ Arakan bölgəsindəki vəziyyətlə əlaqədar Myanmar hökumətinə qarşı mümkün sanksiyalar tətbiqini nəzərdən keçirir. Myanmar hökuməti və silahlı qüvvələri ölkədə sülh və təhlükəsizliyi təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməlidir”, bəyanatda deyilir.  Sənəddə həmçinin vurğulanır ki, ABŞ artıq Myanmar ordusu ilə qarşılıqlı əlaqəni məhdudlaşdırıb.

 

Ötən həftə bir qrup Konqres üzvü Tramp administrasiyasını Myanmara qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Konqresmenlər Myanmarda Rohinca müsəlmanlarına qarşı törədilən zorakı hadisələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqinə çağırıblar.

 

Xatırladaq ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, son üç ay ərzində Myanmardan Banqladeş ərazisinə 500 mindən çox qaçqın keçib.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>