Sizin link burada

“Mercedes”lə traktor toqquşdu - sürücü öldü - YENİLƏNİB

 

Dünən Zərdabda baş verən yol qəzasında yaralanan şəxs vəfat edib. Lent.az xəbər verir ki, Ucar-Zərdab yolunun Çallı kəndindən keçən hissəsində “Belorus” markalı traktora çırpılan "Mercedes"in sürücüsü,  Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qoşqar Mirzə oğlu Abdullayev  ağır vəziyyətdə yerləşdirildiyi Ağcabədi Rayon mərkəzi Xəstəxanasında vəfat edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

 

 

*****

 

22:25

 

Zərdabda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu  gün axşam  saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" markalı minik maşını ilə traktor toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qoşqar Mirzə oğlu Abdullayev  müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, müalicəsini davam etdirmək üçün Ağcabədi Rayon mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.  

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>