Sizin link burada

Əfqan Muxtarlının şikayəti təmin edilmədi

 

 

Jurnalist Əfqan Muxtarlının barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində  hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Hakimlər kollegiyasının qərara əsasən, Ə.Muxtarlının şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

 

Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Daha sonra Nəsimi rayon Məhkəməsində məhkəməsində onun  həbs müddəti uzadılıb.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>