Sizin link burada

Qadın aparıcıya silahlı hücum edənin kimliyi bəlli oldu - YENİLƏNİB

 
"Exo Moskvı" radiosunun aparıcısını bıçaqlayan şəxsin kimliyi məlum olub.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Tatyana Felgenhauerı bıçaqlayan şəxs Boris Gertsdir.
 
O, radio əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib. 
 
Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, T. Felgenhauerə bıçaqla hücum edən şəxs xarici vətəndaşdır. Həmin şəxs “Exo Moskvı” radiosuna gələrək qapıda duran təhlükəsizlik xidməti əməkdaşına qarşı gözyaşardıcı qazdan istifadə edib və içəri daxil olub.  
 
Qeyd edək ki, bu gün günorta saatlarında naməlum şəxs “Exo Moskvı” radiosunun aparıcı Tatyana Felgenhauerə bıçaqla xəsarət yetirib. Boğaz nahiyyəsindən yaralanan radio aparıcısı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar. 
 
Rusiya İstintaq Komitəsi T. Felgenhauerə hücumla bağlı “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb.
 
 
 
14:49
 
Rusiyada naməlum şəxs radio aparıcısına hücum edib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün naməlum şəxs “Exo Moskvı” radiosunun redaksiyasına gələrək aparıcı Tatyana Felqenhaueri boğaz nahiyyəsindən bıçaqlayıb. 
 
Hadisəni törədən şəxs saxlanılıb və polisə təhvil verilib. Xəsarət alan T. Felqenhauer isə xəstəxanaya yerləşdirilib. "Exo Moskvı" radiosundan T. Felqenhauerin həyatına təhlükə olmadığını bildiriblər. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>