Sizin link burada

İlkin Misgərli "Maşın Şou"dan getdi - FİNAL BAŞLADI

“Maşın Şou”nun “Xanımlar və cənablar” adlı yubiley buraxılışında artıq final mərhələsi başlayıb.
 
APA TV-nin məlumatına görə, ötən gün iki xanım və iki cənabın mübarizəsində son səsverməyə aktyor İlkin Misgərli çıxıb. İlkin finala xanımlarla qalmaq istədiyini bildirib.
 
Talıb Tale isə onu mövqesizlikdə günahlandırıb və xanımları İlkinə təzyiq göstərməkdə ittiham edib.
 
Səsvermənin nəticələri isə təəccüblü olub. Şou başlayandan favoritlərdən biri olan, finala qalacağı güman edilən İlkin Misgərli cəmi 40,50 faiz səs toplayıb.
 
Beləliklə, şouda səsvermə mərhələsi başa çatıb. Final mərhələsində Vüsalə Əlizadə, Xatun Əliyeva və Talıb Tale mübarizə aparacaq. Bu isə o deməkdir ki, maşını çəkiliş meydançasından yalnız iradəli, dözümlü və güclü iştirakçı sürüb çıxaracaq. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>