Sizin link burada

Yağış, 22 dərəcə isti - SABAH

Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.   

 

Havanın temperaturunun gecə 10-13° isti, gündüz 17-20° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>