Sizin link burada

Səyyar ASAN xidmət 8 məntəqədə

Səyyar ASAN xidmət 23 oktyabr – 11 noyabr Ağsu rayonu, 23 oktyabr – 6 noyabr Qaradağ rayonunun Sahil qəsəbəsi və Göygöl şəhəri, 27 oktyabr – 25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 27 oktyabr – 6 noyabr Oğuz şəhəri, 28 oktyabr – 11 noyabr H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

 

“ASAN”dan Lent.az-a verilən məlumata görə, həmçinin, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC  və “Azəriqaz” İB) təqdim olunacaq.

 

Bundan başqa səyyar avtobuslar 25 sentyabr – 24 oktyabr Şirvan və Xırdalanda, 9 – 23 oktyabr Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşların xidmətində olacaqlar.

 

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>