Sizin link burada

Türkiyədə PKK-çılarla atışma - 1 əsgər şəhid oldu

Türkiyənin Van vilayətində PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, ikisi yaralanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, atışmada 3 terrorçunun öldürüldüyü bildirilir.

 

İnsident bu gün Van vilayətinin Başqala rayonunda qeydə alınıb. Yaralanan əsgərlərin həyatına təhlükə olmadığı bildirilir.

 

Bölgədə antiterror əməliyyatı davam edir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>