Sizin link burada

Azərbaycanlı yol polisi əməkdaşı bir ailəni ölümdən xilas etdi

Rusiya Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı, soydaşımız Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı yanğından xilas edib.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi yanğının Pervomaysk qəsəbəsində baş verdiyini açıqlayıb.

 

İşdən qayıdan YPX əməkdaşı yolunun üstündəki evdə yanğın başladığını görüb və yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğınsöndürənlər gələnədək Baxış Kərimov tüstü dolu evə girərək dörd uşağı və valideynlərini xilas edib.

 

Rusiya DİN-i Baxış Kərimovu mükafata təqdim edib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>