Sizin link burada

Temur Abazov Marneuli rayon icra başçısı seçilib - YENİLƏNİB

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısına namizədi Temur Abazov seçkilərdə qələbə qazanıb.

 

APA-nın yerli bürosu Gürcüstanın Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki,  rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib.

 

Səs çoxluğuna görə ikinci yeri 21,33 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6,29 faiz səslə müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Rəhim Əsgərov tutub. 

 
 
 
xxx
 
 
 
11:56
 
 
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonların icra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri məlum olub.
 
APA-nın yerli bürosu Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, Marneuli rayonunun 89 seçki məntəqəsinin 69-u üzrə səsvermənin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Temur Abazov 70,79 faiz səs əldə edib.
 
Səs çoxluğuna görə ikinci yeri 17,68 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev tutub.
 
Azərbaycanlıların sıx yaşadıqları Qardabani, Bolnisi, Dmanisi rayonları üzrə də icra başçısı vəzifələrinə seçkilərin ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədləri səs çoxluğu əldə ediblər. Müvafiq olaraq Ramaz Budaqaşvili 72,54 faiz, Davit Şerazadişvili 85,59 faiz və Giorgi Tatuaşvili 77,6 faiz səslə birinci yerdədirlər. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>