Sizin link burada

Yanğını izləyənlərə çay payladılar - FOTO

Ötən gecə Türkiyənin Erzincan şəhərində yanğın baş verib. Lent.az "habertürk"ə istinadən xəbər verir ki, şəhərin mərkəzindəki üçmərtəbəli binada güclü yanğın başlayıb və hadisə yerinə 5 yanğınsöndürmə briqadası cəlb edilib. Alovun söndürülməsi üçün təxminən 2 saata yaxın vaxt lazım olub və bu zaman kəsiyində yanan binanın ətrafında xeyli insan tamaşaya toplaşıb.

 

Gecə saatlarında ərazidəki çayxanalardan birinin yanğını izləyənlərə çay paylaması isə xüsusi diqqət çəkib. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>