Sizin link burada

Bakıda marşrut avtobusu ağır qəza törətdi: ölən var

Bakıda marşrut avtobusu ölümlə nəticələnən qəza törədib. Lent.az xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində "Daewoo" markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>