Sizin link burada

Azərbaycanda evdə partlayış olub: xəsarət alan var

Qazaxda evdə qaz sızmasından partlayış baş verib, xəsarət alan var.

 

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

 

Kənd sakini Vəliyeva Cəvahir yaşadığı evin mətbəx otağında işığı yandıran zaman partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. C. Vəliyevanın vəziyyəti orta-ağırdır.

 

Partlayış mətbəxə təbii qazın sızmasından baş verdiyi bildirilir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>