Sizin link burada

İdmançımız ermənini məğlub edib çempion oldu

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində fərdi yarışlar başa çatıb. Lent.az-ın məlumatına görə, mötəbər yarışın sonuncu günü Azərbaycan millisi daha bir uğura imza atıb.

 

Belə ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib.

 

Həlledici qarşılaşmada Kotsiyevin rəqibi erməniəsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

 

Bununla da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər ölkələrin komandalarını qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.

 

Xatırladaq ki, Hidayət Heydərov (73 kq), Zelim Kotsiyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.

 

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>