Sizin link burada

Putin və Ərdoğan arasında telefon danışığı oldu

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında   telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir. Prezidentlər söhbət zamanı Suriya ətrafında vəziyyəti müzakirə ediblər.

 

Bildirilir ki, dövlət başçıları oktyabrın sonunda Qazaxıstan paytaxtında Suriya üzrə növbəti, yeddinci beynəlxalq görüşün perspektivlərini müzakirə ediblər. “Suriyada vəziyyətin nizamlanması üçün səylərin əlaqələndirilməsinə dair praktiki məsələlərə toxunulub. Prezidentlər Astana prosesi çərçivəsində birgə görülən işləri müsbət qiymətləndiriblər”, məlumatda qeyd olunub.

 

Tərəflər həmçinin Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>