Sizin link burada

Somalidə partlayış qurbanlarının sayı 358-ə çatdı

Somalinin paytaxtı Moqadişo şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 358 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somalinin İnformasiya naziri Əbdürrəhman Osman bildirib.

 

“Son məlumata görə, hadisə nəticəsində 358 nəfər ölüb, 228 nəfər yaralanıb, 56 nəfər itkin düşüb. Yaralılardan 56-sı müalicə üçün Türkiyə, Sudan və Keniyaya göndərilib”, deyə nazir qeyd edib.

 

Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişonun mərkəzində içərisinə partlayıcı qurğu  yerləşdirilmiş yük maşını partladılıb. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib

 

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>