Sizin link burada

Yeni qəbul modelindən əvvəl sınaq və monitorinq imtahanları keçiriləcək

 

“Hazırda Dövlət İmtahan Mərkəzində bütün fənlər üzrə elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda keçirilmiş imtahanların nəticələri, yeni model əsasında qəbul və buraxılış imtahanları ilə bağlı elmi-metodiki müzakirələr aparılır”.

 

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, yeni imtahan modeli ilə bağlı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin yaratdığı müvafiq işçi qruplar mütəmadi birgə iclaslar keçirir.

 

M. Abbaszadə qeyd edib ki, bu həftənin üçüncü günü ilk belə iclas keçirilib: “Gələn həftə ekspertlər səviyyəsində müxtəlif iclaslar olacaq. Bu il X sinifdə oxuyan şagirdlər üçün sınaq imtahanlarının keçirilməsi də nəzərdə tutulub. Onlar üçün sınaq imtahanları yalnız X sinfin proqramı çərçivəsində hazırlanacaq. Yeni imtahan modellərinin tətbiqindən əvvəl bir neçə dəfə sınaq və monitorinq imtahanı keçirəcəyik ki, indi X sinifdə oxuyanların hansı səviyyədə olduğunu, onlardan XI sinifdə nəyi soruşa biləcəyimizi və bu suallara hansı səviyyədə hazırlaşdıqlarını müəyyənləşdirək”.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>