Sizin link burada

Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi

Azərbaycan prezidentinin cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

 

APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.

 

Layihə səsə qoyularaq qəbul olunub.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>