Sizin link burada

Pensiya və müavinətlərə ayrılan vəsait artırılacaq

Gələn il ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsindən 2 mlrd. 197,2 mln. manat vəsait ayrılması proqnozlaşdırılıb.

 

APA-nın xəbərinə görə, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

 

Bu, 2017-ci illə müqayisədə 154,8 mln. manat və ya 6,6% azdır.
 

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsində 2016-cı ildə təbii qazın əsasən əhaliyə aşağı qiymətə satılması nəticəsində yaranmış zərərin örtülməsi məqsədi ilə 250 mln. manat birdəfəlik təyinatlı xərc (subsidiya) nəzərdə tutulub. Həmin xərclər 2017-ci ilin bazasından çıxıldıqdan sonra 2018-ci ildə real olaraq sosial müdafiə və sosial təminat xərcləri 2017-ci illə müqayisədə 95,2 mln. manat və ya 4,5% artırılıb. Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5% təşkil edir.
 

Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1,3 mlrd. manatı (əvvəlki illə müqayisədə 30 mln. manat və ya 2,4% çox) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə, 627,2 mln. manat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun müvafiq orqanları vasitəsi ilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 20,1 mln. manatı (əvvəlki illə müqayisədə 15 mln. manat və ya 4 dəfə çox) sosial müdafiə, pensiya və digər sosial təminat xərclərinə yönəldiləcək.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>