Sizin link burada

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatacaq

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin gələn il başa çatdırılması nəzərdə tutulur.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın 2018-ci il Dövlət büdcəsi layihəsində bildirilib. Sənəddə qeyd edilib ki, bu məqsədlə respublikanın qalan 26 şəhər və rayonunda, o cümlədən Şəki, Mingəçevir və Naftalan şəhərlərində, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Oğuz, Zaqatala,Zəngilan, Qax, Qazax, Qəbələ, Tovuz, Goranboy, KəlbəcərXocalı, Yevlax, Tərtər, LaçınFüzuliXocavəndCəbrayıl, Göyçay rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılıb.

 

Bununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70,6 milyon manat vəsait proqnozlaşdırılıb. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>