Sizin link burada

Respublika Talassemiya Mərkəzinə 10.6 milyon manat pul ayrılacaq

2018-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 740.7 milyon manat vəsait ayrılıb. Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə 2018-ci il dövlət və icmal büdcələri üzrə layihəsinin təqdimatında qeyd edilib.

 

Təqdimatda göstərilir ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3.5 faiz təşkil edir.

 

Səhiyyə xərcləri üçün ayrılan vəsaitin 348.7 milyon manatı xəstəxanaların, 109.7 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanması xərclərinə,  270.7 milyon manatı səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə, 11.7 milyon manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

 

2018-ci ilin dövlət dövlət büdcəsi layihəsində “Səhiyyə“ bölməsi xərclərində Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzinin saxlanılması üçün 2018-ci ilin dövlət büdcəsi layihəsində ayrıca sətirdə 10.6 milyon manat vəsait nəzərdə tutulub.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>