Sizin link burada

Ronaldo bu futbolçunu "Real"a məsləhət gördü

“Mançester Yunayted”in futbolçusu Markus Reşford “Real”ın maraq dairəsinə düşüb. Apasport.az saytı “Mirror” nəşrinə istinadən xəbər verir ki, gənc hücumçunu klub rəhbərliyinə Madrid təmsilçisinin üzvü Kriştianu Ronaldo məsləhət görüb.

 

O, “Real” rəsmiləri ilə söhbətində Reşfordun transferinin komandaya çox fayda verə biləcəyini deyib. Ronaldo 19 yaşlı ingilis forvardın “kral klubu”na keçməyə qarşı olmayacağını düşünür.

 

Bununla belə, madridlilərin indiki məqamda əsas transfer hədəfi Harri Keyndi. “Tottenhem”in üzvünün keçidi baş tutmasa, “Real” rəhbərliyi Reşfordla danışıqları gücləndirəcək.

 

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Markus Reşford 2015-ci ildən əsas komandanın formasını geyinir. O, “mankunianlar”ın heyətində 84 oyunda 25 qola imza atıb.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>