Sizin link burada

Azərbaycanda təhsil xərcləri artırılıb

2018-ci ilin dövlət büdcəsindən təhsil xərclərinə 2001.5 milyon manat vəsait ayrılıb. Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə 2018-ci il dövlət və icmal büdcələri üzrə layihəsinin təqdimatında qeyd edilib.

 

Təqdimatda göstərilir ki, bu rəqəm 2017-ci illə müqayisədə 210.3 milyon manat və ya 11.7 faiz çoxdur.

 

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 1082.2 manatı ümumi təhsil xərclərinin, 628.3 milyon manatı təhsil sahəsində digər müəssisə və tədbirlərin, 175.3 milyon manatı məktəbəqədər təhsil xərclərinin, 42.7 milyon manatı ali təhsil xərclərinin, 28 milyon manatı ilk-peşə təhsil xərclərinin, 3.7 milyon manatı əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>