Sizin link burada

Saxta sənədlə bankdan kredit aldılar – AZƏRBAYCANDA

 

Azərbaycanda bankdan saxta sənədlərlə kredit götürən şəxslər tutulub. Lent.az xəbər verir ki, Sabirabad rayon sakini Aslan Abbasov və Şirvan şəhər sakini Rəşad Hümbətov hazırladıqları saxta arayışı banklardan birini təqdim ediblər. Bu yolla onlar Bakı şəhər sakinləri Çingiz Həsənov və Vüsal Tağıyevin adına 2800 manat kredit götürüblər. Daha sonra Rəşad Hümbətov hazırladığı saxta arayışlardan birini Sumqayıt şəhər sakini Balaəmi Şəbiyevə 150 manata satıb.

 

Fakt aşkarlandıqdan sonra sənədləri saxtalaşdıran şəxslər tutulub.

 

Araşdırma aparılır.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>