Sizin link burada

Bakıda mağazadan 30 min manatlıq qab-qacaq oğurlandı

Bakıda mağazadan dəyəri külli miqdarda vəsaitlə ölçülən əşyalar oğurlamış şəxs tutulub. Lent.az xəbər verir ki, Lökbatan qəsəbəsində ”Sədərək” ticarət mərkəzində Ramiz Həsənova məxsus mağazadan, 2014-cü ildən bu günə qədər ümumi dəyəri 30 min manat olan qab-qacaq əşyalarını oğurlamış şəxs müəyyənləşdirilib. Müxtəlif vaxtlarda mağazadan külli miqdarda qab-qacaq oğurlayan Mingəçevir şəhər sakini, 1974-cü il təvəllüdlü Müzəffərov Adil Akif oğlu tutulub.

 

 Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>